31 C
Baku
Wednesday, July 3, 2024

Soros Avropa İttifaqının dağılacağını proqnoz verir

Mühacirlərlə əlaqədar Avropa İttifaqının bu gün Marşalın müharibədən sonrakı planına bənzər qurtarma planına ehtiyacı var, əks halda o dağılacaq.  

Bloombergin verdiyi xəbərə görə, bu barədə amerikalı maliyyəçi Corc Soros bəyan edib.

“Aİ hissələrə ayrılacaq. Çoxları mühacirlərlə əlaqədar böhran başladıqda artıq hər şeyin lazım olduğu kimi getmədiyini anlayıb. Heç kim onların axınına və ölkələrdə yerləşdirilməsinə nəzarət etmir.

Nəticədə axın ölkələrin qaçqınları assimilyasiya və ya inteqrasiyası imkanını aşdıqda böhran baş verdi”, – Soros deyib.

Onun fikrincə, Almaniya kansleri Angela Merkel tərəfindən elan edilmiş “açıq qapı siyasəti”, ilk növbədə onun siyasi kapitalına zərər vuracaq.

Sahibkarın sözlərinə görə, qaçqınlar ilə böhran “həlli olmayan” Yunanıstan iqtisadiyyatının problemi ilə üst-üstə düşdü.

İndi yalnız bir sual meydana çıxır: Kimin, Avropanın və ya “çox zəif vəziyyətdə olan” Rusiyanın iqtisadiyyatı daha öncə çökəcək?

oxu.az

Son xəbərlər
Digər xəbərlər