6 C
Baku
Sunday, December 15, 2024

Soros avtoritar hökumətlərlə mübarizəyə 1 milyard dollar ayıracaq

Amerikalı maliyyəçi və milyarder Corc Soros Davos İqtisadi Forumunda çıxışı zamanı avtoritar hökumətlər və iqlim dəyişikliyi ilə məşğul olan qlobal universitet yaratmaq üçün 1 milyard dollar ayıracağını elan edib.

Bu barədə Bloomberg məlumat yayıb.

Bildirilir ki, Soros Davosda keçirilən Dünya İqtisadi Forumunda Açıq Cəmiyyət universitetləri şəbəkəsi bazasında təlim və tədqiqat üçün beynəlxalq platformanın açılacağını bildirib. Universitet Soros tərəfindən dəstəklənən Mərkəzi Avropa Universiteti və Bard Kolleci ilə əməkdaşlıqda açılacaq.

Milyarder öz nitqində “Facebook Inc”in inhisarçılığından danışıb, ABŞ iqtisadiyyatının “qızdırıldığını” bildirib və avtoritar idarəçilərdən danışaraq Xi Jinping, Narendra Modi, Ceyrax Bolsonaro və Donald Trampı “fırıldaqçı” adlandırıb.

“Uzunmüddətli bir strategiya olaraq əsas məqsədimiz keyfiyyətli təhsilə, xüsusən fərdin muxtariyyətini gücləndirən, akademik azadlığını vurğulayan tənqidi düşüncə inkişaf etdirən təhsilə çatmaqdır.

Dünyadakı ekstremal iqlim və iğtişaşları nəzərə alsaq, 2020-ci və sonrakı illərin yalnız Xi Jinping və Trampın taleyini deyil, həm də dünyanın taleyini təyin edəcək”, – Soros qeyd edib. (virtualaz.org)

Son xəbərlər
Digər xəbərlər