28 C
Baku
Saturday, July 27, 2024

Sorosun “faciəli səhv” adlandırdığı fond Çinə sərmayə qoydu

Milyarder investor Corc Soros, BlackRock-un Çinə qoyduğu sərmayələri “faciəli bir səhv” adlandırdıqdan sonra, dünyanın ən böyük fondundan Çin investisiyalarını dəstəkləyən yeni bir addım gəldi.

Banker.az  “Bloomberg International”a istinadən xəbər verir ki, BlackRock, Çin bazarında müştəriləri üçün yerli investisiyalara başlayaraq  “Çin investisiya yatırım fond”u üçün 6.7 milyard yuan (1 milyard dollar) toplayıb.

ABŞ menecerinin Çin bölməsi daha erkən sərmayə qoymağa başlamaq üçün 10 sentyabr tarixindən bir neçə gün əvvəl planlaşdırdığı 8 milyard yuan hədəfinə çatmadan, fond pul yığmağı dayandırdı. fondun 111 mindən çox investor cəlb etdiyi bildirildi.

Qeyd edək ki, bu heftə George Soros, yüksək artım potensialına baxmayaraq, dünyanın ən böyük pul menecerinin müştərilərini Çin investisiyalarına yönəldiləcəyi təqdirdə ABŞ -ın təhlükəsizlik maraqlarını riskə ata biləcəyini xəbərdarlıq edib.

Son xəbərlər
Digər xəbərlər