26 C
Baku
Monday, June 30, 2025

Sosial Dəstək Mərkəzinin 660 min manatdan çox yığılmış zərəri var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Dəstək Mərkəzi 2024-cü ili 121 900 min manat zərərlə başa vurub. Mərkəz 2023-cü ildə 156 121 manat zərər edib ki, bu da illik müqayisədə zərərin 22% azalması deməkdir.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il Sosial Dəstək Mərkəzinin işçi heyəti ilə bağlı xərcləri 580 598 manat, sosial xidmət və maddi yardım xərcləri 142 058, köhnəlmə və amortizasiya xərcləri 197 190 manat, inzibati və digər əməliyyat xərcləri isə 76 340 manat təşkil edib. Sosial Dəstək Mərkəzinin yığılmış zərəri 23% artaraq 660 578 manata çatıb.

Hesabat dövründə Sosial Dəstək Mərkəzinin aktivləri 2 milyon 895 min manat olub ki, bu da illik müqayisədə 1.4% azdır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Dəstək Mərkəzi publik hüquqi şəxsi əlilliyi olan şəxslərin, işsiz və işaxtaranların, habelə sosial müdafiəyə ehtiyacı olan digər şəxslərin məşğulluğu, sosial müdafiəsi, təminatı, sosial adaptasiyası ilə bağlı tədbirləri, həmçinin bu istiqamətdə müxtəlif sosial dəstək layihələrini həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər