27 C
Baku
Saturday, July 27, 2024

Sosial ev almaq istəyən vətəndaşlar bu məqamlara diqqət etməlidirlər

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, sosial evlərə müraciət etmək üçün elektron kabinet yaradılmalısına ehtiyac var

“Sosial evlərə müraciət etmək üçün elektron müraciət və elektron kabinet yaradılmalısına ehtiyac var”. Bunu açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. “Birinci mərhələ qeydiyyat mexanizmidir. Vətəndaşlarımız elektron qeydiyyatdan keçməklə elektron kabinet formalaşdıra bilərlər. Mənzil İnşaatı üzrə Dövlət Agentliyi(MİDA) 5 gün ərzində müraciətlərə baxır və müraciətçi ilə öz qeydlərini bölüşür. Eyni zamanda elektron kabinetin qəbul edilib-edilməməsi ilə bağlı qərar verir. Bu sosial mənzilin alınması ilə bağlı qərarın verilməsi anlamına gəlmir”.

“İkinci mərhələdə MİDA müraciət edənlərə mənzili seçmək və müraciət etməklə bağlı sorğu göndərəcək. Həmin sorğuya vətəndaşın tez cavab verməsi önəmlidir. Yəni ilk müraciət ilk mənzil deməkdir” – deyə o, Sputnik Azərbaycana bildirib.

Son xəbərlər
Digər xəbərlər