8 C
Baku
Wednesday, November 6, 2024

Sosial ipotekadan xəbər var

Gənc alimlər üçün yaş həddi artırıla bilər.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev nazirlik tərəfindən sosial ipoteka ilə bağlı Nazirlər Kabinetinə təqdim edilən və yaxın vaxtlarda qəbul edilməsi gözlənilən təkliflər paketinin bəzi detallarını açıqlayıb.

Yeni Azərbaycan Partiyasının Gənclər, idman və mədəniyyət komissiyasının ilk iclasında çıxış edən İ. Babayev deyib ki, əsas məqsəd sosial ipoteka ilə əhatə olunan gənc ailələrin əhatə dairəsinin genişləndirilməsidir.

Gənclər və idman nazirinin müavini bu siyahıya subay gənclərin də daxil edilməsini təklif etdiklərini bildirib: “Eyni zamanda ayrılan sosial ipoteka vəsaitinin miqdarının artırılmasını, ilkin ödənişin azaldılmasını təklif etmişik. Qanunvericiliyə görə, 29 yaşa qədər gənc, 35 yaşa qədər gənc ailə hesab edilir. Ancaq bu zaman gənc alimlərlə bağlı bir problem ortaya çıxır. 29 yaşa qədər gənclərin elmi işi müdafiə etməsi çox nadir hallarda olur. Gənc alimlərin yaş həddinin 40 yaşa qədər artırılmasını təklif etmişik. Eyni zamanda institutlarda çalışan elmi işçilərə də gənc alim kimi sosial ipoteka verilməsini təklif etmişik”.

İ.Babayev hazırda 30 min manat olmaqla, 4 faizlə sosial ipoteka kreditinin verildiyini nəzərə çatdırıb.

Apa.az

Son xəbərlər
Digər xəbərlər