12 C
Baku
Saturday, November 23, 2024

Sosial iş yerlərində əməkhaqqının ödənilməsi qaydası dəyişir

Sosial iş yerlərində əməkhaqqının ödənilməsi qaydası dəyişir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, sosial iş yerlərində 6 aydan az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının bir hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əmək müqaviləsi müddətinin yarısı qədər, lakin 12 (on iki) aydan çox olmayan müddətdə maliyyələşdiriləcək.

Qüvvədə olan qanuna əsasən, sosial iş yerlərində 2 (iki) ildən az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının bir hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 3 (üç) aydan az və 12 (on iki) aydan çox olmayan müddətdə maliyyələşdirilir.

Layihəyə əsasən, sosial iş yerlərinin təşkili zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə üstünlük veriləcək.

Qüvvədə olan qanuna əsasən, sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslərə, şəhid ailəsinin üzvlərinə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər