Sosial mənzillər ətrafında tikiləcək məktəbi bu şirkətlər təmir edəcək

0

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) MMC 1 920 şagird yerlik məktəb binasının tikintisi və avadanlıqlarla tam təchiz edilməsi işləri üzrə tenderin qalibini açıqlayıb.

Banker.az-ın məlumatına görə, müqavilə “HN Construction” MMC ilə bağlanıb. Müqavilənin dəyəri 9 281 713,27 manatdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bundan əlavə, “Perlit” MMC ilə 10 və 11 nömrəli, 10 mərtəbəli yaşayış binalarının və 14 nömrəli, 90 yerlik uşaq bağçasının tikintisi işlərini görməklə bağlı müqavilə bağlayıb. Bu müavilənin dəyəri isə 7 999 864.30 manat olacaq.

Dövlət Agentliyi “Chinar İnshaat” MMC (Caspian Service MMC konsorsium) 8 və 9 nömrəli, 10 mərtəbəli yaşayış binalarının və 13 nömrəli, 90 yerlik uşaq bağçasının tikintisi işlərini həvalə edəcəkş Bu müqavilənin dəyəri 8 002 533.00 manat təşkil edir.

Hünər İnşaat Firması 7 nömrəli, 7 mərtəbəli binanın 4-cü və 5-ci seksiyalarının tikintisi işləri – 9 222 201.46 manat.

“NN Group” MMC 7 nömrəli, 7 mərtəbəli binanın 1-ci, 2-ci və 3-cü seksiyalarının tikintisi işləri –  13 655 137.22 manat.