Yanvar-iyul aylarında 802 min şəxsə sosial müavinət və təqaüd ödənilib.
Dövlət Sosial Müdafiə Fondundan Banker.az-a verilən məlumata əsasən, onlardan 441 min nəfəri sosial müavinətlə, 361 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.
Əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 35% çox olmaqla 465 mln. manat, Prezident təqaüdləri üzrə 27% çox olmaqla 308 mln. manat ödənilib.
Bu ilin 7 ayında 153.8 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 374.5 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.