Sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması ümumilikdə 1.1 milyon insanı əhatə edəcək.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilib.