26 C
Baku
Saturday, July 27, 2024

Sosial ödənişlər üzrə əhaliyə 2 milyard manatdan çox vəsait ödənilib

2021-ci ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə  əhaliyə 2 milyard 25 milyon manat vəsait ödənilib.

Banker.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6% və ya 113.9 milyon manat çox vəsait ödənilib.

Bu sosial ödənişlər ümumilikdə 2 milyon 350 min şəxsi əhatə edib.

#

Son xəbərlər
Digər xəbərlər