13 C
Baku
Friday, November 22, 2024

Sosial ödənişlərin artımı 3.4 mln. şəxsi əhatə edir

Cari ilin əvvəlindən tətbiq olunan pensiya artımları üçün ayrılan əlavə illik vəsait 438 mln. manata çatıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci ilin əvvəlindən minimum pensiya 20% artırılaraq 240 manata çatdırılıb. Həmçinin pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb və pensiyaçılara bu il üzrə 200 manat maddi yardım (rüblərə bölünməklə) ayrılıb. 1.1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat ayrılıb.

Eyni zamanda, qulluq stajına görə əlavələr alan pensiyaçılara bu ilin əvvəlindən hər ay pensiyalarının 10%-i məbləğində maddi yardım verilməsi nəzərdə tutulub. Bunun üçün də illik 86 mln. manat əlavə vəsait ayrılacaq. Beləliklə, bu ilin əvvəlindən tətbiq olunan pensiya artımları üçün ayrılan əlavə illik vəsait 438 mln. manata çatıb.

Ümumilikdə yeni islahatlar paketi üzrə 2022-ci ildə əmək haqqı, pensiya və digər sosial ödənişlərin artımı üçün ayrılan illik əlavə vəsait isə 2.1 mlrd. manatdır. Bu artımlar 3.4 mln. şəxsi əhatə edir.

Son xəbərlər
Digər xəbərlər