23 C
Baku
Saturday, April 20, 2024

Sosial şəbəkələrə yetkinlik yaşına çatmayanlar üçün “layk” etməyi ləğv etmək təklif edilib

Böyük Britaniyanın İnformasiya Məsələləri üzrə İdarəsi (ICO) sosial şəbəkələrə yetkinlik yaşına çatmayanlar üçün “layk” etmək imkanını ləğv etməyi təklif edib. Bu, uşaqlar üçün zərərli informasiyanın yayılmasının qarşısını alacaq.

“ICO” nümayəndələri izah ediblər, “layk”lar elan verənlərə istifadəçilərin seçimi haqqında informasiyanı toplamağa kömək edir. Nəticədə elan verənlər hədəflənmiş reklamdan istifadə edirlər.

ICO sosial şəbəkələrin uşaqlar tərəfindən istifadəsi ilə bağlı tövsiyələrə “layk”lar üçün “yaş senzi” haqqında bənd daxil edib. Bundan başqa, tövsiyələrə yetkinlik yaşına çatmayanlar üçün başlanğıc ayar kimi olduğu yerin izlənilməsinin deaktiv edilməsi əlavə edilib.

©İctnews

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər