Sosial şəbəkələrdə aktivlik və MBA-ya namizədliyiniz

Kollecə qəbul olanda sosial şəbəkələrdəki obrazınızın nə qədər vacib olduğunu bilirdiniz?

Real həyatda özünüzü mükəmməl apara bilərsiniz. Lakin nəzərə almalısınız ki, 24/7 internetdə bağlı olan dünyamızda onlayn fəaliyyətin əhəmiyyəti böyükdür. Təəccüblükdür ki, abituriyentlərin əksəriyyəti bu şəkildə düşünür: seçdikləri universitetə qəbul olmaq üçün sadəcə tələb olunan sənədləri toplamaq və müsahibədə özünü yaxşı göstərmək kifayətdir.

İndi bu artıq belə deyil!

Rəqəmsal kainatda paylaşdığınız məlumatlar davamlı olaraq yaddaşda saxlanılır. Və getdikcə daha çox məktəb və hətta işəgötürən onlara təqdim etdiyiniz məlumatların doğruluğunu və keyfiyyətini yoxlamaq üçün sosial şəbəkələrə üz tutur. Bunun üçün onlar paylaşımlarınızı və şəbəkədə qurduğunuz qarşılıqlı əlaqənin xarakterini (bir sözlə, aktivliyinizi) tədqiq edirlər. Müvafiq olaraq, bütün bunlar tarixinizi təsdiqləmək və sənədlər paketindəki məlumatların etibarlılığını artırmaq üçün istifadə edilə bilər. Düzgün yanaşma ilə bu platformalar qəbul komissiyasına hətta xoş təsir bağışlayır.

Sosial mediadakı (Facebook, LinkedIn, Instagram, Twitter, YouTube və Pinterest) davranışın böyük əhəmiyyətini vurğulamaq üçün Irvine məktəbinin (University of California) tələbə qəbulu üzrə direktor Sara Ramsi bunları söylədi: “İndi bir çox məktəbin sosial mediada hesabları var və bu onlarla ünsiyyət qurmağın əla bir yoludur. Abituriyentlər şəxsi brendlərinin necə göründüyü barədə düşünməlidirlər. Məsələn, Twitter-də nə paylaşırlar? Bu paylaşımlar qəbul komissiyası tərəfindən necə qarşılanacaq?”.

Ən yaxşı universitetlərə qəbul olmaq üçün sosial mediadakı davranışa dair 10 tövsiyə:

  1. Məsuliyyətsiz olmayın. Biznes-məktəblər “party”lərdə çəkilən şəkilləri, dini və ya siyasi mövzulardakı açıqlamaları və şəxsi məlumatların çoxluğunu xoş qarşılamırlar.
  2. Adınızı Google-a yazın və nə baş verdiyinə baxın. Sizə axtarış sisteminin ən yaxşı keyfiyyətlərinizi nümayiş etdirməsi və onlayn fəaliyyətinizi təsdiqləməsi lazımdır.
  3. Karyeranızı nümayiş etdirmək üçün LinkedIn-dən istifadə edin. LinkedIn – onlayn CV-dir. Biznes-məktəblərin tələbələri arasında nadir hallarda bu şəbəkədən istifadə etməyən birini tapmaq olar.
  4. İş yoldaşınızdan və ya tanıdığınız digər şəxsdən sizə LinkedIn-də qiymət vermələrini xahiş edin.
  5. Seçdiyiniz məktəblərlə əlaqə yaradın. Twitter-ə daxil olun və seçdiyiniz universitetlərin səhifələrini izləyin, qəbul komissiyaları ilə mütəmadi olaraq əlaqə saxlayın.
  6. Nəzakətli və köməkçi olun. Bəyəndiyiniz yazıları və ictimaiyyətin diqqətini tələb edən paylaşımları “repost” edin.
  7. Maraqlarınızı bölüşmək üçün sosial mediadan istifadə edin. Rəqsə marağınız varsa, həmfikir insanların əhatəsini artırmaq üçün müvafiq linklər, şəkillər və digər materiallar yerləşdirin.
  8. Məxfiliyinizin qeydinə qalın. Hər şey haqqında danışmaq lazım deyil. Gizliliyi təmin edən alətlər sayəsində etdiyiniz paylaşımları gizlədə, ictimaiyyətə açıq edə və ya məhdud sayda insana təqdim edə bilərsiniz. Sosial mediadakı imicinizə nəzarət etmək üçün bu parametrləri vaxtaşırı yoxlayın.
  9. Özünüzə xəyanət etməyin. Kontent paylaşarkən öz fikrini də nümayiş etdirmək vacibdir. Yalnız başqalarının materiallarına istinad etməklə əlaqəli ehtiyatlılıq nüfuza mənfi təsir göstərir.
  10. Səhvləri düzəldin. Özünüz barədə yanlış məlumatlar silin. Şübhəli paylaşımlar istədiyiniz universitetə qəbul olmaq şansınızı təhlükə altına qoymamalıdır.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.