19 C
Baku
Sunday, September 29, 2024

Sosial şəbəkələrin insan davranışına təsiri

Yəqin bir çoxlarınız bununla razılaşarsınız ki, öz sosial şəbəkə hesabınızı daim yoxlamaqdan, yeniləməkdən bezmirsiniz. Bəlkə vacib mesaj gəlib, təcili “like” etməli olduğum yazı var, dostunuz yeni şəkil yükləyib və şərh bildirməlisiniz? Əslində isə siz belə düşünmürsünüz. Siz səhifəni ona görə yeniləyirsiniz ki, buna artıq vərdiş etmisiniz.
Sorğuda iştirak edən insanların 80%-i etiraf edirlər ki, gün ərzində dəfələrlə öz sosial şəbəkə hesablarını yoxlamadıqda narahat olurlar. Sosial şəbəkələrdən asılılıq yaşayan bir insan, siqaret aludəçisi olan bir insandan fərqlənmir. Hətta bu fakt Amerika psixoloqları tərəfindən  “Facebook Addiction Disorder” olaraq adlandırılıb. 

Bundan əlavə sosial şəbəkələr qısqanclıq belə yaradır. Hətta buna səbəb olmasa belə. Sorğuların nəticəsinə görə, insanların əksəriyyəti sevdikləri şəxsləri sosial şəbəkə vasitəsilə izləyir. Bu onlar üçün daha asan və rahatdır. Bir neçə click və sosial şəbəkə potensial rəqiblərinizin siyahısını təqdim edəcək. Sevdiyiniz şəxs kimlərin rəsmini bəyənib, kimlərin rəmlərinə şərhlər bildirib və s. Bəs gəldiyiniz nəticələr ilə razısınız? Sorğuda iştirak edənlərin 35%-i şübhələrinin əsassız olduğunu bildirib. Bir faktı da qeyd edək ki, ABŞ-da 5 boşanmadan 1-inə, Böyük Britaniyada isə 3 boşanmadan 1-nə Facebook səbəb olub.

Sosial şəbəkələr insanları məyus edir. İnsanların əksəriyyəti sosial şəbəkədən gündəlik həyatının müsbət tərəflərini nümayiş etdirmək üçün istifadə edir. Məsələn, istirahətdə, əcnəbi ölkədə çəkdirdiyi şəkilləri paylaşaraq. Lakin vəziyyət əks formada olduqda bu insanda məyusluq, depressiya yaradır. Paxıllıq, kədər, qınaq səbəbindən problemi müzakirə edə bilməmək insanı ən dərin depressiyaya qədər sürükləyə bilər.

Bütün bunlardan əlavə, sosial şəbəkələrin yuxarıda qeyd etdiyimiz mənfi cəhətlərindən ən böyüyü insanların real həyatdakı dostlarını itirmələridir. İnsanlar bir növ dost anlayışını təhrif edir və dost meyarlarını “like” ilə ölçməyə başlayır. 

Son xəbərlər
Digər xəbərlər