10 C
Baku
Monday, November 18, 2024

Sosial sığorta hadisəsi hansı hallarda yaranır?

“Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən, sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Bəs bu sığorta növü üzrə sığorta hadisəsi hansı hallarda yaranır? “vergiler.az”ın sualına Vəkillər Kollegiyasının üzvü, “LCG” vəkil bürosunun vəkili Əmiraslan Yusifov aydınlıq gətirir.

Hər bir sığorta kimi sosial sığorta üzrə sığorta ödəməsi verilməsi üçün sığorta hadisəsi baş verməlidir. Bu sığorta növü üzrə: pensiya yaşına çatmaq; əlilliyin müəyyən edilməsi; ailə başçısını itirmək; əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); hamiləlik və doğum; uşağın anadan olması; uşağa qulluq; ölüm; sanatoriya-kurort müalicəsi zərurəti kimi sığorta hadisələri mövcuddur.

Həmin hallardan, yəni sosial sığorta hadisənin növündən asılı olaraq ödənişlər fərqlidir. Bu ödəmələri aşağıdakı qrafikdə görə bilərik:

Screenshot 20220424 142936 Chrome

Screenshot 20220424 143050 Chrome

Qeyd edək ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.

Bəs bu sığorta üzrə qanunvericilikdə nəzərdə tutulan qaydalara əməl edilmədikdə şirkəti hansı cərimələr gözləyir?

İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinə əsasən, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə – az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə – inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin 30 faizindən 70 faizinədək məbləğdə cərimə edilir.

1. Bu maddədə “az miqdar” dedikdə, 50.000 manatdan yuxarı olmayan məbləğ başa düşülür.

2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.

 

 

Son xəbərlər
Digər xəbərlər