10 C
Baku
Monday, December 9, 2024

Sosial sığorta haqları üzrə daxilolamalar 646 milyon manat artıb

2022-ci ilin yanvar-noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard manatdan çox olub.

Banker.az xəbər verir ki, bu mənbədən daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,8 faiz və ya 646,8 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz artaraq 2,6 milyard manatdan çox  olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz artıb və 142 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,3 faiz artaraq 104,1 milyon manat olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 faiz artıb və 733,2 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 48,7 faiz artaraq 507 milyon manat olub.

Son xəbərlər
Digər xəbərlər