5 C
Baku
Friday, February 23, 2024

Sosial sığorta haqları üzrə daxilolmalar artıb

2024-cü ilin yanvar ayı ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 397,6 milyon manatdan çox olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz və ya 58,7 milyon manat artıb.

Banker.az xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,1 faiz artaraq 285,2 milyon manatdan çox olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 13,6 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 20,2 faiz artıb və 11,4 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar ayı ilə müqayisədə 19,6 faiz artaraq 72 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18 faiz artıb və 56,4 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər