2024-cü ilin yanvar-avqust ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 724,6 milyon manata yaxın təşkil edib.
Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz və ya 350 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 2,5 milyard manata yaxın olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq 133,5 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,6 faiz artaraq 100,8 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq 659,4 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,4 faiz artaraq 468,4 milyon manat təşkil edib.