12 C
Baku
Saturday, November 23, 2024

Sosial sığorta haqları üzrə daxilolmalar artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3,7 milyard manatdan çox olub.

Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz və ya 462,4 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq 2,4 milyard manat təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 15,1 faiz artıb və 132,8 milyon manat olub. Öz növbəsində qeyri-büdcə təşkilatları üzrə daxilolmalar da 15,1 faiz artaraq 98,2 milyon manata çatıb.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artıb və 683 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17 faiz artaraq 480,9 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər