10 C
Baku
Thursday, December 12, 2024

Sosial sığorta ödəmələri ilə bağlı müraciətin nəticəsi onlayn bilinəcək

Sosial sığorta ödəmələri ilə bağlı müraciətin nəticəsini onlayn rejimdə görmək mümkün olacaq.

Bu barədə Banker.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Belə ki, Fondun təqdim etdiyi yeni elektron xidmət vasitəsilə siz bundan sonra sosial sığorta ödəmələri:

  • əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə,
  • hamiləliyə və doğuma görə,
  • uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə,
  • uşağın anadan olmasına görə,
  • dəfn xərci kimi nəzərdə tutulan müavinət

ilə bağlı müraciətə baxılmasının nəticəsini hər hansı bir quruma müraciət etmədən artıq onlayn rejimdə öyrənmək olacaq.

Bunun üçün:

  • e-sosial.az portalında qeydiyyatdan keçmək üçün 5 üsuldan birini seçib portala, ordan isə şəxsi kabinetinizə daxil olmaq;
  • Açılan növbəti səhifədə “Sosial sığorta ödəmələri” bölümünü seçmək lazımdır.

Bu zaman müraciətin nəticəsi olaraq məlumat  – müraciətin qəbul edilmə tarixi, təyin olunan müavinətin növü, məbləği, ödənişə göndərilmə tarixi və s. məlumatlar görünəcək.

Son xəbərlər
Digər xəbərlər