Dövlət Məşğulluq Agentliyi sosial sığorta ödənişlərinin gecikməsinə aydınlıq gətirib.
Agentliyin İdarə heyəti sədrinin müavini Cəmaləddin Quliyev gecikmənin minimum əmək haqqının artırılması ilə əlaqəli olduğunu deyib.
Onun sözlərinə görə, orta aylıq əmək haqqı ilə bağlı rəqəmləri Dövlət Statistika Komitəsi təqdim edir: “Biz də komitəyə müraciət etmişik. Yaxın zamanda həmin statistikanın göndəriləcəyini ehtimal edirik”.
“Məlumdur ki, ölkədə fəaliyyət göstərən işəgötürənlər tərəfindən işçiləri barədə Dövlət Statistika Komitəsinə məlumat göndərilir. Bundan sonra məlumatlar emal olunur. Burada heç bir gecikmə olmayacaq, kimsə narahat olmasın. Əgər təyinatlarda gecikmələr olsa, növbəti ayda təyinatlarda dürüstləşmələr gedəcək”, – sədr müavini bildirib.