Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli 624 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Tədqiqatlar Mərkəzinin nizamnaməsində dəyişiklik edilib.
Banker.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 24 aprel 2020-ci il tarixli fərmanı ilə fondun nizamnamə fondu 13 dəfəyə yaxın böyüdülüb.
Fərmana görə, Fondun ilkin nizamnamə fondunun həcmi 100 000 manatdan 1 280 338 manata qaldırılıb.
Sosial Tədqiqatlar Mərkəzi — Azərbaycan Respublikasında ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxs.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2019-cu il tarixli sərəncamı ilə Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilmişdir.