11 C
Baku
Monday, November 25, 2024

Sosial Xidmətlər Agentliyi 3 milyon manata 192 ədəd avtomobil alır

Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxs “Azərmaş Alyans” MMC ilə təxminən 3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan əlilliyi olan şəxslərə avtomobillərin satın alınması nəzərdə tutulur. Sedan tipli 4 qapılı, ağ rəngli, buraxılış ili: ən azı 2021, mühərrik həcmi: 1.5-2 l və mexaniki sürət qutusuo lan 192 ədəd minik avtomobili alınacaq.

Müqavilənin dəyəri – 2 milyon 688 min manatdır.

Son xəbərlər
Digər xəbərlər