5 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Sosial yardım məbləği hansı rayonlarda daha yüksəkdir? – Siyahı

2021-ci il oktyabrın 1-i vəziyyətinə 52.5 min aztəminatlı ailənin 225.8 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 61.78 manat təşkil etmişdir.

Banker.az açıqlanan rəsmi statistikaya istinadən bildirir.

Rayonlar üzrə 1 nəfərə düşən ən çox sosial yardım məbləği Qobustandadır. Bu rayonda aylıq ünvanlı dövlət sosial yardımın məbləği 66 manat 72 qəpik təşkil edir. Qobustandan sonra ən yüksək orta aylıq dövlət sosial yardımı Biləsuvar rayonunda  verilib. Bu rayonda orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği 66 manat 16 qəpik olub.

Biləsuvar rayonundan sonra ən yüksək sosial yardımın verildiyi şəhər və rayonlar arasında Şəmkir rayonu (64.98 manat), Abşeron rayonu (64.81 manat), Tovuz rayonu (64.70 manat), Oğuz (64.21 manat) ilk sıralarda yer alıblar.

Sosial yardım alanlara verilən ən aşağı məbləğ Naxçıvan Muxtar Respublikasında (43.15 manat) qeydə alınıb.

un1 un2

Son xəbərlər
Oxşar xəbərlər