“Sotheby’s” amerikalı kriptosənətçi Kevin Makkoyun “Quantom” (“Kvant”) əsərini satacaq. Hərrac evi bu işi “dünyanın ilk NFT tokeni” və “kriptosənətin ən əhəmiyyətli parçası” adlandırıb. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Qeyd edildiyi kimi, hərraclar 3-10 iyun tarixlərində baş tutacaq.
“Quantom” – rəngini, o cümlədən formasını dəyişən qısamüddətli animasiyadır. Hərrac evinin veb-saytında əsərin NFT tokeninin 2014-cü il 2 may tarixində yaradıldığı deyilir. “Sotheby’s” onu kubizm və abstraktsionizmin baniləri olan Pikasso, Maleviç və Düşan əsərləri ilə müqayisə edir.
Beləliklə, Makkoyun əsəri “Natively Digital: A Curated NFT Sale” sərgisinin bir hissəsi olacaq. Ümumilikdə sərgidə 26 rəqəmsal əsər iştirak edəcək. Əsərləri həm fiat pulla, gəm də kriptovalyutalarla (“Bitcoin” və “Ethereum”) ilə almaq mümkün olacaq.
Hər bir NFT tək nüsxədə təqdim olunur, onu bir neçə hissəyə bölmək və ya saxtalaşdırmaq mümkün deyil. Bu cür tokenlər obyektin sahibliyini təsdiqləmək üçün istifadə olunur
NFT bumu 2021-ci ilin əvvəllərində ən böyük hərrac evlərindən biri olan “Christie’s”in ilk dəfə rəqəmsal sənət əsərini hərraca qoyduqdan sonra başlayıb. Fevral ayında rəssam Kris Torres “Nyan Cat” animasiyasını təxminən 600 min dollara satıb, mart ayında isə “Twitter”in qurucusu Cek Dorsi ilk “tvit”inin NFT tokenini 2.9 milyon dollara alıb. Eyni ayda Benksi 95 min dollara alınıb, sonra isə canlı efirdə yandırılıb.






