16 C
Baku
Saturday, November 15, 2025

Şotlandiya 1707-ci ildən etibarən ilk dəfə öz suveren istiqrazlarını buraxacaq

Şotlandiya hökuməti infrastruktura investisiyalar cəlb etmək məqsədilə 300 ildən çox müddət ərzində ilk dəfə öz suveren istiqrazlarını buraxmağı planlaşdırır.

Bu barədə məlumatı CNBC telekanalı yayıb.

Bildirilir ki, 1.97 milyard dollarlıq istiqrazlar 2026-27-ci illəri əhatə edən növbəti parlament dövrü ərzində buraxılacaq.

“Moody’s” və “S&P Global” reytinq agentlikləri noyabrın 12-də Şotlandiyaya Britaniya ilə eyni, İspaniya, İtaliya və Yaponiya hökumətlərinin reytinqlərindən yüksək kredit reytinqi verib.

Şotlandiya hökuməti öz istiqrazlarını buraxmaq hüququnu təxminən 10 il əvvəl əldə etsə də, indiyədək Britaniyanın milli kredit fondundan pul borc alıb.

Şotlandiya Britaniyanın bir hissəsidir, lakin öz hökuməti olan muxtar dövlət kimi fəaliyyət göstərir. Şotlandiya parlamenti gəlir vergisi və iqtisadiyyatın bəzi sahələri üzrə müəyyən məhdud səlahiyyətlərə malikdir, lakin makroiqtisadi siyasətlə bağlı qərarlar Britaniya kabineti tərəfindən qəbul edilir.

Qeyd edək ki, Şotlandiyanın son istiqrazları hələ İngiltərə ilə birləşməzdən əvvəl – 1707-ci ildə buraxılıb.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər