Şotlandiya bank sistemi. Hissə 1

Şotlandiyada bank sistemi həmişə İngiltərədən asılı olmadan inkişaf etmişdir. İlk başlanğıcda onun əsas istiqaməti mümkün olan bütün icazə konsessiyalarının verilməsi idi.

Bank Şotlandiya hələ 1965-ci ildə, yəni Bank İngiltərədən düz bir il sonra təsis edilib. Bundan əlavə, elə təsis olunduğu gündən etibarən o parlamentdən çarter hüququ alıb ki, bu da Bank Şotlandiyaya 20 ildən də uzun müddət ərzində monopoliya hüququ vermişdi. Öz mövcudluğunun elə ilk dövrlərdən bəri bank çoxlu eksperimentlərə yol verir, yeni bölmələr yaradırdı, bundan əlavə o, azaldılmış nominal dəyəri olan banknotları – 1funtu dövriyyəyə buraxır.

1716-ci ildə bankın monopoliya hüquqları öz hüquqi qüvvəsini itirir və bank ciddi rəqabət ilə üzləşir. Amma bu mübarizə uğursuz və mənasız idi. Artıq 1927-ci ildə parlament Bank Şotlandiyaya növbəti çarter vermək məcburiyyətində qalır. Bu çarterin nəticəsi olaraq, bank onun məsuliyyətini məhdudlaşdıran hüquqlar əldə edir. Amma ki, Şotlandiyada bank fəaliyyətini həm də səhmdar cəmiyyətlər həyata keçirə bilərdi. Buna görə də səhmdarlar bankların borc öhdəliklərinə görə məsuliyyəti öz üzərilərinə götürmək imkanına malik idilər. Beləliklə çarter hüququ olmayan səhmdar banklar yaranmağa başlayır və onların sayı getdikcə aktiv sürətdə artır.

Ən sonuncu çarter 1746-cı ildə alınmışdı, onu Britaniya Lnyanaya kompaniya almışdır. Bundan sonrakı bütün banklar heç bir istisnasız şəkildə qüvvədə olan qanun vericiliyə müvafiq təsis edilməyə başladı. Bankların ümumi tərəfdaşlarının sayı ilə bağlı da heç bir məhdudiyyət tətbiq edilmirdi. Bu da yavaş-yavaş gətirib ona çıxarırdı ki, bank sektoru asta-asta iri kompaniyaların əlində cəmləşirdi.

1772-ci ildə Eyr Bank bankrot elan edilir. Bu, həddindən artıq banknot emissiyası səbəbindən baş verir. Bunun nəticəsində isə əhalinin böyük olmayan bank təşkilatlarına olan etimadları sarsılır. Asta-asta belə bankların böyük əksəriyyəti öz fəaliyyətini dayandırır. Böyük olmayan bankların yerinə əhəmiyyətli dərəcədə kapital resursuna malik, iri səhmdar banklar gəlir. Ümumiyyətlə Şotlandiyanın bank sistemi bir sıra unikal xüsusiyyətlərə malik idi və bu, onu dünyanın digər bank sistemlərindən tamamı ilə fərqli edirdi. Burada, həmişə bütün banklar arasında qəddar rəqabət mühiti hökm sürürdü, bundan əlavə bu sistem həmişə banknotları bir-birini qarşılıqlı-ödəməsini təcrübədən keçirirdi, banknotların mübadiləsi isə burada həftədə iki dəfə baş tuturdu. Mübadilədən sonra balansın hesablanması aparılırdı. Bundan əlavə, Şotlandiyada bank sektorunun inkişafı nəticəsində yeni alt bölmələri sisteminin yaranması prosesi start götürür. Depozit biznesi isə ümumiyyətlə burada kifayət qədər intensiv inkişaf yolu keçir, digər kredit alətlərinin tətbiq səviyyəsi digər ölkələr ilə müqayisədə daha yüksək idi.