12 C
Baku
Monday, November 25, 2024

Şotlandiya bankı polimer banknotlar çap edəcək

Şotlandiya bankı növbəti buraxılacaq 5 və 10 funt sterlinqlərin polimer materialdan çap ediləcəyini elan etmişdir. Banknotların polimer üzərində çap edilməsi pulların davamlılığını artırmağa xidmət edəcək.

Polimer nazik plastik örtükdür və hazırki pullarda istifadə edilən pambıq kağızı əvəz edəcək. İlk banknotlar bu ilin noyabr ayında buraxılacaq.

Yeni banknotlar cari pullarla müqayisədə bir qədər kiçik ölçüdə olacaq. Belə ki, £5-luq banknotun ölçüsü  135 × 70 mm deyil, 125 х 65 mm olacaq. Banknotların çap edilməsi üçün isə De La Rue şirkətinin Safeguard polimerindən istifadə ediləcək.

Son xəbərlər
Digər xəbərlər