20 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Şotlandiya dördgünlük iş həftəsi tətbiq edib

Screen Shot 2021 09 02 at 14.34.20

Şotlandiya hökuməti dördgünlük iş həftəsi tətbiq etdiyini elan edib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

“The Scotsman” nəşrinin verdiyi məlumata görə, yeni rejim 6 sentyabrdan etibarən qüvvəyə minib. Təcrübədə iştirak edən şirkətlərə 10 milyon funt sterlinq ödəniləcək. Hökumət israr edir: iş həftəsinin qısalmasına baxmayaraq, əməkhaqqı əvvəlki səviyyədə qalacaq.

Nəşr aydınlaşdırır ki, daha  əvvəl Şotlandiya Milli Partiyası seçki proqramında işçiləri dördgünlük iş rejiminə keçirməyi vəd edib. Ölkənin əmək qabiliyyətli vətəndaşlarının demək olar ki, 90%-i islahatı dəstəkləyib.

“Pilot layihə gələcəkdə planlaşdırılan ümummilli keçidin mümkün nəticələrini daha yaxşı anlamağa kömək edəcək”, – deyə hökumət qeyd edib.

Daha əvvəl İspaniya, Yeni Zelandiya, Yaponiya və İslandiya dördgünlük iş həftəsinə keçib. Hökumət bu tədbirin əmək məhsuldarlığının artmasına kömək etdiyini və işçilərin xəstəlik məzuniyyəti sayını azaltdığını qeyd edib.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər