9 C
Baku
Friday, December 13, 2024

Şotlandiya hökuməti hava yolları ilə səyahət vergilərini azaldacaq

Şotlandiya hökuməti hava yolları ilə səyahət zamanı tətbiq edilən vergiləri azaltmaq qərarına gəlib.

Şotlandiyanın Birinci naziri və Şotlandiya Milli Partiyasının lideri Nikola Stercen Şotlandiya hökumətinin 2045-ci ilə qədər karbon emissiyalarını sıfıra endirməyə razılaşdıqdan sonra hava vergisinə yenidən baxılacağını söyləyib. Bu zaman uzun məsafəli uçuş xərcləri azalacaq və karbon emissiyaları idarə olunacaq.

O, həmçinin Şotlandiyanın İqlim Dəyişikliyi üzrə Komitəsinin növbəti 25 il ərzində neytral emissiyaları müəyyənləşdirmək üçün bir hədəf qəbul etdikdən sonra ölkəsinin ciddi şəkildə səylərini artırmasının lazım olduğunu bildirib.

Azərtac

Son xəbərlər
Digər xəbərlər