-1 C
Baku
Sunday, December 15, 2024

Şotlandiya şirkəti 20 illik fəaliyyətindən sonra Azərbaycanı tərk edir

Şotlandiyanın “Weir SOS Limited” Şirkəti 20 ildən sonra Azərbaycan bazarını tərk etmək qərarına gəlib.

Banker.az bu barədə Vergilər Nazirliyindən aldığı məlumata istinadən xəbər verir.

2000-ci ilin dekabrında dövlət qeydiyyatına alınan şirkət Azərbaycandakı nümayəndəliyini ləğv etdiyini açıqlayır. Banker.az şirkətlə əlaqə saxlamaq istəməsinə rəğmən, zənglər cavabsız qalıb.

weir
weir

Şirkət 1871-ci ildə mühəndislər tərəfindən təsis edilib və əsas fəaliyyət istiqamətləri neft-qaz sektorunda iri layihələrdə təhlükəsizlik məsələləri üzrə podratçıdır.

Hazırda dünyanın 50 ölkəsində nümayəndəliyi var. Baş ofisi Şotlandiyanın Glazqo şəhərində yerləşir.

Son xəbərlər
Digər xəbərlər