Azərbaycanda daha bir xarici şirkətin filialı ləğv edildi.
Banker.az xəbər verir ki, “UTEC NCS Survey Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini 1065 Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 8, mənzil Dentons Europe (Central Asia) Limited Şirkətinin Azərbacan Respublikasındakı Filialı ünvanına bildirə bilərlər.
Bildirək ki, bu şirkət Şotlandiyada yerləşir və 2005-ci ildən bəri fəaliyyətə başlayıb. Bu şirkətin 130 işçisi var.
Onu da qeyd edək ki, “UTEC NCS Survey Limited” Şirkəti Azərbaycanda 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Şotlandiya şirkətinin qanuni təmsilçisi William Alan Hickie-dir.