10 C
Baku
Thursday, December 12, 2024

Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan aparatlar vasitəsilə dərman, fərdi qoruyucu vasitələr və “Covid-19” testlərinin çatdırılmasının sınaqları haqqında saziş imzalanıb.

Eksperiment çərçivəsində dronlar Böyük Britaniyanın Oban adasında yerləşən “Lorn & Islands” xəstəxanası və Mall adasındakı “Mull & Iona Community” xəstəxanası arasında test və qoruyucu vasitələrin daşınmasını həyata keçirəcəklər. Adalar arasında məsafə 17 km təşkil edir, marşrutun əksər hissəsi isə su üzərindən keçir.

Məlumata görə, çatdırılma üçün vertikal qalxma və enmə funksiyalı və təyyarə rejimində horizontal uçuş imkanına malik “Wingcopter” dronlarından istifadə ediləcək. Dronun yükqaldırma qabiliyyəti 6 kiloqrama bərabərdir. İlkin qiymətləndirməyə görə, dronlar sayəsində “Covid-19” testlərinin çatdırılmasını sorğu alındıqdan 15 dəqiqə sonra həyata keçirmək mümkün olacaq. Hazırda yükün avtomobil və bərə ilə daşınması səbəbindən bunun üçün 6 saat tələb olunur.

Qeyd edək ki, əvvəllər müxtəlif ölkələrdə dronlar vasitəsilə analiz, donor qanı və köçürülmə üçün orqanların çatdırılması üzrə layihələr istifadəyə verilib. Belə ki, 2016-cı ildə Ruandanın qərb hissəsində yerləşən ucqar yerlərdə qan köçürülməsinə ehtiyac duyan xəstələr üçün nəzərdə tutulan dünyada ilk dövlət qan çatdırılma sistemi işə salınıb.

Mənbəİctnews
Son xəbərlər
Digər xəbərlər