Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu, Ermənistan və Azərbaycan müdafiə nazirləri David Tonoyan və Zakir Həsənovu Moskvada Dağlıq Qarabağla bağlı əldə olunmuş razılaşmanın öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıb.
Banker.az xəbər verir ki, bu barədə Rusiya hərbi departamenti məlumat verib.
Rusiya Müdafiə Nazirliyinin qeyd etdiyi kimi, Şoyqu hər iki müdafiə idarəsinin rəhbərləri ilə telefon danışıqları aparıb.
“Danışıqlar zamanı Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu həmkarlarını 10 oktyabrda Moskvada əldə edilən razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan tərəflərinin öhdəliklərini tam yerinə yetirməyə çağırıb”, – mesajda deyilir.