9 C
Baku
Thursday, December 26, 2024

Şoyqu: “Ermənistan ordusunun potensialının artırılmasına xüsusi əhəmiyyət veririk”

Rusiya Ermənistan Silahlı Qüvvələrinin potensialının artırılması üçün edilən yardıma xüsusi əhəmiyyət verir.

Bunu Rusiya MN rəhbəri Sergey Şoyqu ermənistanlı həmkarı Suren Papikyanla Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB ölkələrinin müdafiə nazirlərinin Moskvada keçirilən iclası çərçivəsində baş tutan görüşündə deyib.

Qeyd olunub ki, Ermənistan və Rusiyanın Müdafiə Nazirliklərinin rəhbərləri iki ölkə arasında gələn il üçün əməkdaşlıq planını təsdiqləyiblər.

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) bizim müttəfiqimiz və Cənubi Qafqazda əsas strateji tərəfdaşımızdır. Biz bu regionda sabitliyin qorunub saxlanmasında olduqca maraqlıyıq və bunun üçün də bütün səylərimizi göstəririk. Biz ikitərəfli əməkdaşlığın inkişafına və Ermənistan Silahlı Qüvvələrinin potensialının artırılması sahəsində yardıma xüsusi əhəmiyyət veririk”, – Şoyqu əlavə edib.

Papikyan isə öz növbəsində qeyd edib ki, bu il Şoyqu ilə 4-cü görüşüdür.

“Biz sizin təşəbbüsünüzü və sammitin təşkili ilə bağlı səylərinizi yüksək qiymətləndiririk. Dekabr ayı görülən işlərə yekun vurmaq və gələcək üçün planlar haqqında düşünməyin vaxtıdır”, – Papikyan bildirib.

Xatırladaq ki, bu gün Moskvada ŞƏT və MDB ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin görüşü keçirilib və yekunda birgə razılaşmalar imzalanıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər