4 C
Baku
Sunday, February 5, 2023

Şoyqu gələn il dövlət müdafiə sifarişinin maliyyələşdirilməsinin 1.5 dəfə artacağını bildirib

Rusiya Silahlı Qüvvələrinin daimi hazırlıq hissələri 2023-cü ildə 97% səviyyəsində silahlarla təmin edilməlidir, bu səbəbdən növbəti il üçün dövlət müdafiə sifarişinin maliyyələşdirilməsi 1.5 dəfə artacaq.

Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu nazirliyin hərbi kollegiyasının iclasında bildirib.

“Gələn il əlavə ayrılan büdcə vəsaitləri nəzərə alınmaqla, dövlət müdafiə sifarişinin maliyyələşdirilməsinin həcmi təxminən 1.5 dəfə artacaq. Bu, birləşmə və hərbi hissələrin silah və texnikanın daimi hazırlığının 97 faiz səviyyəsində təmin edilməsinə imkan verəcək”, – deyə Şoyqu vurğulayıb.

O əlavə edib ki, silah istehsalının mümkün olan maksimum həcmini saxlamaq, qoşunlara qabaqcıl tədarükləri təşkil etmək vacibdir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X