26 C
Baku
Sunday, April 28, 2024

Şoyqu: İyunun 4-dən bəri Ukrayna 26 000-dən çox əsgər və 3 000 silah itirib

İyunun 4-dən bəri Ukrayna Silahlı Qüvvələri qondarma əks-hücum əməliyyatı çərçivəsində 26 000-dən çox əsgər və 3 000 silah itirib.

Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

 

Onun sözlərinə görə, RF Silahlı Qüvvələri iyunun 4-dən bəri Ukraynanın 1200-dən çox tankını, o cümlədən 17 alman Leopardını məhv edib.

“İyunun 4-dən Rusiya Silahlı Qüvvələri 43 Amerika M777 haubitsasını və Polşa, ABŞ və Fransa istehsalı olan 46 özüyeriyən qurğunu məhv edib. Bu müddət ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinin 176 HİMARS mərmisini, 27 “Storm Shadow” raketini və 483 PUA-sınl vurub”, deyə Rusiya MN başçısı vurğulayıb.

Şoyqu iyunun 4-dən etibarən əks-hücum zamanı Ukrayna Silahlı Qüvvələrinin heç bir istiqamət üzrə məqsədlərinə çatmadığını da söyləyib. Bildirib ki, RF Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin ehtiyatlarını və Qərbdən gələn texnikanı yüksək dəqiqlikli silahlarla vurmağa davam edir, onların hücum potensialını azaldır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər