Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Kremlin sözçüsü Dmitri Peskovun bildirdiyinə görə, Şoyqu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi vəzifəsi ilə yanaşı Putinin Rusiya Hərbi-Sənaye Komissiyasında müavini olacaq.
Bildirilib ki, Təhlükəsizlik Şurasının əvvəlki katibi Nikolay Patruşev başqa işə keçməsi ilə əlaqədar Vladimir Putin tərəfindən tutduğu vəzifədən azad edilib.