Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatı başlayandan 66 mindən çox insan və 7,6 min silah-sursat itirib.
Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.
O, Kiyevi mülki hədəflərə hücum etməklə əks-hücumunun uğursuzluğunu gizlətməyə çalışmaqda da ittiham edib.
“Əks-hücum adlandırılan əməliyyatın əvvəlindən düşmən itkiləri 66 min nəfəri və 7,6 min silah-sursatı ötüb”, – deyə Şoyqu vurğulayıb.
O, bu müddət ərzində Rusiya qoşunlarının Ukrayna tərəfinin 159 HIMARS raketini, mindən çox pilotsuz uçuş aparatını, 13 qanadlı raketi vurduğunu da söyləyib.