19 C
Baku
Tuesday, April 16, 2024

Söyüdlü sakinlərinin ekoloji məsələlərilə bağlı əlaqələndirici təyin olunub

Gədəbəyin Söyüdlü kəndində sakinlərin ekoloji məsələlərilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmələri üçün birbaşa əlaqələndirici şəxs təyin olunub.

Bunu Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Micon” beynəlxalq monitorinq şirkətinin Söyüdlü kəndində tullantıxana sahəsində apardığı monitorinqin nəticələrinin təqdimatı ilə bağlı kənd sakinlərilə görüşdə deyib.

Nazir qeyd edib ki, Söyüdlü sakinləri müraciət üçün Nəzərov Surxay Əli oğluna ekoloji məsələlərlə bağlı elektron poçt və mobil nömrə vasitəsilə müraciət edə bilərlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər