“Biz gərək tullantılarla bağlı məsələlərdə Söyüdlü sakinlərini öncədən məlumatlandıraydıq. Bu nöqsanımızı qəbul edirik”.
Bunu “Anglo Asian Mining plc.” şirkətinin rəhbəri Reza Vəziri media üçün keçirilən brifinqdə deyib.
“Bəlkə də əhalini vaxtında məlumatlandırsaydıq, bu sahədə maarifləndirsəydik, düzgün iş qursaydıq, vəziyyət bu həddə gəlib çatmazdı. Təəssüf edirəm ki, bu işi görməmişik. Bu, bizim səhvimizdir. Bunu etiraf edirəm”.