6 C
Baku
Thursday, February 6, 2025

Soyuq mövsimə rəğmən Türkmənistandan Azərbaycana satılan svop qaz yüksəlməyib

Azərbaycan 2024-cü ilin noyabrında Türkmənistandan svop şəkildə aldığı təbii qazın həcmini yay ayları ilə müqayisədə artırsa da, ümumi olaraq öncəki ilin ilk yarısında qeydə alınan rəqəmlərdən xeyli aşağıdır. Qış mövsüminə keçidə rəğmən təbii qaz aşağı olaraq qalır.

Banker.az xəbər verir ki, ötən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya ölkəsindən 17 765 min kub metr həcmində təbii qaz idxal edib. Noyabrda təbii qazın hər min kub metri əvvəlki qaydada 150 dollar olmaqla ümumilikdə 2 milyon 665 min dollar təşkil edir.

Ölkə keçən ilin ilk on bir ayında 371.89 milyon kub metr həcmində svop qazı 55 milyon 783 min dollara idxal etmiş olub. Bu da 2023-cü ildə qeydə alınmış rəqəmlərdən 82 faiz aşağı idxaldır.

Rusiyadan təbii qaz idxalı isə bu il demək olar ki, cari ilin yayından sabit qalıb. Sonuncu dəfə iyulda 141.65 milyon kub metr svop qaz idxal edilmişdi.

Azərbaycan təbii qazı Türkmənistandan birbaşa deyil, İran üzərindən idxal edir ki, bu da svop qaz sayılır. 2021-ci ildə Azərbaycan, İran və Türkmənistan liderlərinin Aşqabaddakı anlaşmasından sonra belə bir ticarət baş tutmağa başladı.

Cari ildə Azərbaycan ortalama hər 1000 kub-m üçün 324 dollar ödəyib.

523454334534

Son xəbərlər
Digər xəbərlər