9 C
Baku
Thursday, December 12, 2024

Sözdən əmələ necə keçmək olar?

Uğurlu an, uyğun əhval-ruhiyyə və ya ulduzların düzgün mövqedə olmasını gözləməyə ehtiyac yoxdur. Qoyun sizin ilk addımınız “qərar verdim” və “etdim” arasında fasilə olmadan spontan olaraq baş versin.

1. Sadəcə qəzəblənin

İşiniz alınmayanda özünüzü hörümçək toruna düşmüş milçək kimi hiss edirsiniz? Qəzəblənin! Bu qəzəb sizə son enerji impulsu, eləcə də nəticəyə çatmaq üçün təkan verəcək. Özünüzdən razı olmasanız da və hətta sizi məqsədinizdən yayındıracaq minlərlə amil olsa da, enerjinizi boşa sərf etməyin; gücünüzü toplayın və hərəkətə keçin.

2. Zaman sürətlə uçur

Əgər siz bir il əvvəl başlasa idiniz, artıq indi bir nəticə əldə etmişdiniz. Əgər indi başlasanız, bir neçə aydan sonra ilkin nəticələri görməyə başlayacaqsınız. Sabah başlasaq, onda bu sabahlar ömrünün sonuna qədər uzana bilər. Necə deyərlər, bu günün işini sabaha qoyma.

3. Bəlkə az fikirləşib, işə keçəsiniz?

Hazırda əldə etdiyiniz bütün informasiyanı müxtəlif yanaşmalardan, həm də bir neçə dəfə ətraflı düşünmüsünüz, lakin ortalıqda bir şey yoxdur? Siz dayandığınız mövqedən onsuz da bundan artıq heç nə görməyəcəksiniz, işləmək lazımdır və bu zaman görəcəksiniz ki, yeni ideyalar üçün informasiya özü sizi tapacaq.

4. Parazit sözlər

“Mən bacarmıram”. “Nədən başlayacağımı bilmirəm”. “Sonra edərəm”. Bu sözlər sizin heç nəyi dəyişmək istəmədiyiniz faktından başqa heç bir mahiyyət daşımır.

5. Özünüzü ciddiliyə qoymayın

Bəzən çoxlarımız “çoxlu vacib işlərim var, ilk öncə onları qurtarım, sonra …” kimi taktikaya üz tuturlar. Bəs etmədiyiniz iş nə dərəcədə vacibdir? Bu sual üzərində düşünsəniz yaxşı olar.

6. Anı yaxalayın

Sözdən əmələ keçməkdə ən böyük maneələrdən biri – sadəcə hər şeyi atıb fəaliyyətə başlamağın dərk edilməməsidir. Əgər yetkin bir insansınızsa, hansı isə xüsusi bir siqnal gözləməyin, sizin siqnalınız daxilinizdən gəlməlidir.

Son xəbərlər
Digər xəbərlər