10 C
Baku
Thursday, December 12, 2024

Sözün gücü nəyə qadirdir?

Bir dəfə gözdən əlil bir insan böyük bir binanın pilləkənlərində oturub, qarşısına bir şlyapa qoyub pul dilənirdi. Əlində kartondan hazırlanmış bala bir lövhəcik tutmuşdu

“Mən görə bilmirəm, zəhmət olmasa kömək edin”. Yaxından keçən bir insan onun yanında ayaq saxladı. O, gördü ki, bu dünya işığına həsrət qalmış kişinin şlyapasında cəmi bir neçə qəpik var. O, da öz növbəsində şlyapaya bir neçə qəpik atır və kor kişinin icazəsi olmadan kartonu əlinə alıb, lövhədə yeni sözlər yazır.

O, lövhəni kor kişiyə qoyub gedir. Səhər o qayıdanda görür ki, şlyapa qəpik və pulla doludur. Kor adam isə onu addım səslərindən tanıyır və soruşur ki, lövhəcikdəki sözləri dəyişən siz deyildiniz ki? Həmin adam cavab verir: Mənim yazdığım sözlərdə həqiqətdən kənar bir kəlmə də yox idi. Mən sadəcə eyni fikri bir az başqa tərzdə yazmışam – bunları deyəndən sonra o, gülümsəyərək çıxıb gedir. Lövhənin üzərindəki yeni yazılar belə idi: «İndi bahardır, amma mən onu görə bilmirəm».

Son xəbərlər
Digər xəbərlər