-1 C
Baku
Sunday, December 15, 2024

Sözün gücü: Trampın bir ifadəsi haqqında şayiə Amazonun $31 mlrd. kapitalizasiya itirməsinə səbəb oldu

Donald Tramp dəfələrlə Amazon və Ceff Bezosu tənqid edib, həmçinin onun Washington Post qəzetini saxta xəbərlər yaymaqda ittiham edib. Bundan əlavə, 2016-cı ildə Tramp bildirmişdi ki, o seçilərsə, Amazonun ciddi problemləri olacaq.  

İndi isə ABŞ-ın prezidenti, yəqin ki, vədini yerinə yetirməyə hazırdır – Tramp, sözün əsl məmasında, Amazon-u “beyninə salıb”, Ağ Evin yüksək vəzifəli dövlət qulluqçularına istinadən Axios portalının hesabatında məlumat verilir. O, nəhəngə qarşı anti-monopoliya istintaqına başlamağa hazır olduğu barədə “ucadan düşünür”. Xəbər verilir ki, Trampın yaxınlığında olan insanlar, ona dəfələrlə Amazonun kiçik pərakəndə satışına zərəri və digər biznes sahələrini məhv etməsi haqqında danışıblar.

 

 

Is Fake News Washington Post being used as a lobbyist weapon against Congress to keep Politicians from looking into Amazon no-tax monopoly?

Yəni saxta Washington Post siyasətçilərin Amazonun vergisiz inhisara marağını yayındırmaq üçün lobbiçilər tərəfindən Konqresə qarşı silah olaraq istifadə edilir?

İstintaqın başladığına dair rəsmi təsdiqin olmadığına, Tramp və Bezos arasındakı qarşıdurmanın uzun müddət məlum olmasına baxmayaraq, bazar belə xəbərlərə ehtiyatla yanaşıb. Yaxınlarda Alphabet-in səhmlərini ötərək ikinci ən bahalı şirkətə çevrilən Amazon-un səhmləri gün ərzində, demək olar ki, 5% aşağı düşüb. Martın 27-də şirkətin qiymətli kağızlarının ümumi dəyəri 724 milyard dollar olduğu halda, martın 28-də 692 milyard dollara qədər düşüb. 31 milyard dollarlıq itki, müqayisə üçün, paylaşım iqtisadiyyatının pionerlərindən biri olan Airbnb start-up-ının kapitalizasiyasına bərabərdir. Şirkətinin ən böyük səhmdarı olaraq Ceff Bezosun özü bu zaman 1,6 milyard dollar itirib.

Son xəbərlər
Digər xəbərlər