“Azərbaycanın bank sisteminin maliyyələşdirmə profili möhkəmlənib. 2016-cı ildən bəri ölkə xaricinə əhəmiyyətli dərəcədə pərakəndə və korporativ yatırımların axını müşahidə edilməyib”.
Bu barədə “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycan bank sektoru üzrə gözləntilərində bildirilib.
Agentlik qeyd edib ki, əsas müştəri depozitləri növbəti bir neçə il ərzində kreditləri maliyyələşdirəcək və kənar maliyyələşdirmə ehtiyacını aradan qaldıracaq. Depozitlərin dollarlaşması tədricən regional səviyyələrə qədər azalıb, lakin kreditlərdən əhəmiyyətli dərəcədə yüksək olaraq qalır. Həmçinin, qeyri-rezidentlərin qeyri-rezident depozitləri 5%-lə regional ölkələrindən xeyli aşağıdır.
S&P əlavə edib ki, Azərbaycanın 2023-2024-cü illərdə iqtisadi artım perspektivləri əksər region ölkələrindan aşağı proqnozlaşdırılıb. Artım perspektivlərinə təzyiq əsasən neft hasilatının uzunmüddətli tədricən azalması ilə əlaqədardır. İqtisadi artımın aşağı olması bank sektorunda artımı da ləngidə bilər. “Bununla belə, 2023-cü ildə Azərbaycanın bank sektorunda kredit və depozitlərdə 10%-dən yuxarı artım gözləyirik”- reytinq agentliyi bildirilib.