6 C
Baku
Tuesday, February 27, 2024

S&P: 2021-ci ilə qədər ARDNF-nin xalis aktivləri ÜDM-in 37%-nə bərabər olacaq

“2019-cu ilin sonunda da Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) likvid aktivlərinin ümumi daxili məhsulun (ÜMD) təxminən 60%-nə bərabər olacağı proqnozlaşdırılır”.

Banker.az Report-a istinadla xəbər verir ki, bu barədə “Standard&Poor’s” (S&P) beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqi ilə bağlı yaydığı məlumatda bildirilir.

Qurum bəyan edib ki, növbəti 4 il ərzində Fondun xalis aktivlərinin ÜDM-in 37%-ni təşkil edəcəyi gözlənilir. “Azərbaycanın fiskal artımının ÜDM-ə nisbəti 3%-dən 2%-ə düşəcək. Biz həmçinin xərclərin artım tempinə sərhəd qoyan fiskal qaydaların adaptasiyasının davam edəcəyini gözləyirik. Real ÜDM 2018-ci ildə 1,1% artdığı halda, 2019-cu ildə bu rəqəm 2,3%, 2020-ci ildə 3%, 2021-ci ildə 3,1%-ə bərabər olacaq”.

Son xəbərlər
Digər xəbərlər