16 C
Baku
Saturday, April 20, 2024

“S&P” 2021-ci ilədək Azərbaycanda vaxtı keçmiş kreditlərin payının 16%-dək azalacağını proqnozlaşdırır

“S&P Global” beynəlxalq reytinq agentliyi 2021-ci ilədək Azərbaycanda problemli kreditlərin payının ölkə banklarının ümumi kredit portfelinin 16%-dək azalacağını proqnozlaşdırır.

Bankların ümumi kredit portfelində problemli kreditlərin payı tədricən azalıb və 2018-ci ilin sonunadək 19% təşkil edib.

“Biz 2019-cu ildə Azərbaycan banklarında problemli kreditlərin payının ümumi kredit portfelinin 18%-ni təşkil edəcəyini, 2020-ci ildə isə 16%-dək azalacağını gözləyirik”, – deyə araşdırmada qeyd olunur.

Analitiklər bildirirlər ki, Azərbaycan banklarında aktvlərin keyfiyyət göstəriciləri milli valyutanın devalvasiyası nəticəsində pisləşə bilər. “Bu, valyuta kreditlərinin yüksək paya malik olduğunu göstərir. Bir çox maliyyə qurumları öz portfellərinin dollarlaşma səviyyəsini azaltsa da, bu risk qalır”, – deyə araşdırmada vurğulanır.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2019-cu ilin yanvar-may aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 1,41% – 13 mlrd. 198 mln. manatadək artıb. İyunun əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 494,3 mln. manat (ilin əvvəlindən azalma 5,7%) və ya bütün kreditlərin 11,3%-ni təşkil edir.

İnterfax Azərbaycan

Son xəbərlər
Digər xəbərlər