6 C
Baku
Monday, March 2, 2026

“S&P” 2026-2027-ci illərdə Azərbaycanda kreditləşmənin artımı ilə bağlı proqnozlarını elan edib

“S&P Global Ratings” agentliyi 2026–2027-ci illərdə Azərbaycanda kreditləşmənin illik artımının 10–12 faiz təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə S&P-nin məlumatında bildirilir.

“Azərbaycanda kreditləşmənin artımı neft qiymətlərindən asılıdır. Dörd il (2021–2024) ərzində orta hesabla illik 18 faiz səviyyəsində sürətli artımdan sonra, 2025-ci ildə kreditlər cəmi 9 faiz artıb və bu artım əsasən pərakəndə seqment hesabına təmin olunub. Bu, Brent markalı neftin qiymətlərinin azalması və Azərbaycan Mərkəzi Bankının (AMB) sürətli artımı yavaşlatmaq məqsədilə gördüyü tədbirlərlə, o cümlədən 1 mart 2025-ci il tarixindən 0,5 faiz səviyyəsində kontrtsiklik buferin tətbiqi ilə bağlıdır. Kart kreditləri üzrə sürətli artımı məhdudlaşdırmaq üçün AMB xalis əmək haqqının vergilər çıxıldıqdan sonra beş mislinə bərabər maksimal kredit limiti tətbiq edib”, – deyə “S&P”nin hesabatında bildirilir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ildə 14 milyard ABŞ dolları və ya 19,8% artaraq 85,1 milyard ABŞ dollarına çatıb. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2025-ci ildə 5,1% artaraq ilin sonunda 11,5 milyard ABŞ dollarına çatıb.

Ölkənin ümumi strateji valyuta ehtiyatları beynəlxalq səviyyədə tanınmış adekvatlıq standartlarını aşmağa davam edir. Beləliklə, 2025-ci ilin dekabr ayının sonunda strateji valyuta ehtiyatları 38 aylıq mal və xidmət idxalını (2025-ci ilin ilk doqquz ayı üzrə idxal da daxil olmaqla) kifayət qədər əhatə etmişdir. Strateji ehtiyatlar manatla pul kütləsindən 3,6 dəfə çoxdur (1 yanvar 2026-cı il tarixinə M2 pul aqreqatına görə).

Bu göstəricilər ölkənin xarici və daxili iqtisadi şoklara qarşı dayanıqlığını nümayiş etdirir və həmçinin dövlət borcu risklərinin tamamilə idarəolunan səviyyədə olduğunu göstərir.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər